
Bu gün Moskvada şəhərə doğru irəliləməkdə olan qasırğa və güclü külək səbəbindən sarı təhlükə səviyyəsi elan olunub.
Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytında bildirilir.
"Təhlükəli hadisələrin intensivlik dərəcəsi: Sarı - hava potensial təhlükəlidir", - deyə məlumatın mətnində qeyd olunur.
Küləyin sürəti 12-17 m/saata çata bilər. Havanın temperaturu Moskvada 23-25 dərəcə isti təşkil edəcək.
Sarı, mövcud beş təhlükə səviyyəsindən üçüncüsü sayılır. O, həmçinin Yaroslavl, Tver, Tula, Kursk, Ryazan ərazilərində və digər vilayətlərdə tətbiq edilib. Report
Tətbiqimizi yükləyə bilərsiniz