Daşkəsən-Gəncə yolunda qəza: 5 nəfər ağır yaralanıb

Daşkəsən-Gəncə yolunun 3-cü km-də 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Taksi kimi fəaliyyət göstərən Vüqar adlı sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobil "ZİL" ilə toqquşub. Nəticədə taksinin sürücüsü və maşında olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalara başlanılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top