Kreml tatarlara güzəştə getdi: tatarların öz “prezidenti” olacaq

Kreml Tatarıstan Respublikasının deputatlarına güzəştə getməyə və respublikada “prezident” vəzifəsini adını saxlamağa hazırdır. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezident Administrasiyasındakı yüksəkvəzifəli mənbə deyib. Mənbə bildirib ki, Rusiya hakimiyyəti Tatarıstan Prezidenti vəzifəsini 2020-ci ilədək saxlaya bilər: “Həmin dövrdə Tatarıstanın indiki Prezidenti Rüstəm Minnixanovun səlahiyyət müddəti başa çatır. Belə ki, Respublika xalqı seçkilərdə məhz Tatarıstan Prezidentinə səs verib. Lakin Minnixanovun səlahiyyət müddəti başa çatdıqdan sonra ali vəzifəli şəxsin adı haqqında məsələ komissiyanın hazırlayacağı təkliflər əsasında həll olunacaq. Tatarıstan Dövlət Şurasının Prezident Vladimir Putinə müraciətində məhz həmin komissiyanın yaradılmasından söhbət gedib. Bu sənəd 83 yerli parlamentari tərəfindən iyulun 11-də qəbul edilib”.

Tatarıstan Respublikasının deputatları sənəddə Rusiya liderindən federal mərkəz hakimiyyəti və region orqanları arasında səlahiyyətlərin bölüşdürülməsi haqqında cari müqaviləni saxlamağı, habelə Respublikada “prezident” vəzifəsi adının qorunmasını xahiş ediblər. Tatarıstan həmin addan 1 yanvar 2016-cı il tarixində vaz keçməli idi. Qeyd edək ki, R. Minnixanov 2015-ci ildə Tatarıstan Prezidenti seçilib. O, seçicilərin 94,4 faizinin səsini toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top