Rusiya Gürcüstandan Moskvaya uçuşları məhdudlaşdırdı

Rusiya “Gürcüstan Hava Yolları” aviaşirkətinin Tbilisidən Moskvaya uçuşlarını məhdudlaşdırıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Gürcüstanın “Ural Hava Yolları” aviaşirkətinə (Rusiya) Jukovskdan Tbilisiyə reysləri həyata keçirməyə icazə verməməsidir. Rusiya Nəqliyyat Nazirliyindən bildiriblər ki, bu məhdudiyyət qarşılıqlı cavab tədbiridir: “Gürcüstanın aviasiya rəhbərliyi may ayından bəri Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə Moskva bölgəsindəki Jukovsk aeroportundan Tbilisiyə yay cədvəli üzrə 4 reysi həyata keçirməyə icazə vermir. Gürcüstan tərəfi öhdəliklərini yerinə yetirməli və müvafiq icazəni verməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

Top