ABŞ-dan Türkiyəyə raket xəbərdarlığı

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-rarekt sistemlərinin alması zamanı yarana biləcək risklər barədə xəbərdarlıq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, C. Mattis S-400-ün NATO texnikası ilə bir araya sığa biləcəyinə şübhə ilə yanaşıb. O bildirib: “Problem ondadır ki, NATO-nun sistemləri Rusiyanınkı ilə nə qədər uyğundur. Onlar heç vaxt bir araya sığa bilməz”. Bununla belə nazir qeyd edib ki, Türkiyənin həmin raket sistemlərindən hansı formada istifadə edəcəyini gözləmək və baxmaq lazımdır. C. Mettis diqqətə çatdırıb ki, Türkiyənin Rusiyadan S-400 sistemlərini alması Ankaranın suveren qərarıdır.

Xatırladaq ki, S-400-ün alışı barədə Türkiyə ilə Rusiya arasında danışıqlar bir neçə ay əvvəl başlayıb. Ankaranın bu sistemlərə görə 2,5 milyard dollar xərcləyəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top