Eks-nazir 12 milyard dollar oğurlamaqda ittiham olunur-Ukraynada

Ukraynanın keçmiş gəlirlər və yığımlar naziri Aleksandr Klimenko 12 milyard dolları ölkədən ofşorlara qanunsuz çıxararaq leqallaşdırıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Anatoli Matios deyib. Onun sözlərinə görə, A. Klimenkonun maliyyə fırıldağında günahkar olduğuna dair dəlillər var: “96 milyard qrivna (Ukraynanın pul vahidi) yuyulub və sübutlarla müəyyənləşdirilib. Məbləğ böyükdür, lakin biz hələ işləyirik. 96 milyard qrivna 12 milyard dollara bərabərdir”. Baş prokuror qeyd edib ki, bu pullar 8 əsas vergi platformasından faktiki olaraq oğurlanıb və dövlət büdcəsindən xəzinəyə daxil olmayan vergilər qismində çıxarılıb: “Ardından pullar ofşor yurisdiksiyasına verilib və daşınmaz əmlak, ofislər, torpaq sahəsinin alınması və Ukrayndakı mövcud biznes yolları ilə leqallaşdırılıb. Klimenko hər bir ukraynalıdan 300 dollar oğurlayıb”.

Xatırladaq ki, A. Klimenko Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin dövründə, 2012-2014-cü illərdə nazir vəzifəsini tutub. O, hazırda axtarışdadır.

DİGƏR XƏBƏRLƏR

Top