Daşqınlar nəticəsində Hindistanda 2 milyondan çox adam evsiz-eşiksiz qalıb

Hindistanın şimal-şərqində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb, 2 milyondan çox adam isə evsiz-eşiksiz qalıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təbii fəlakətdən ən çox zərər çəkmiş ştat Assam olub. Burada sel və torpaq sürüşməsi 53 nəfərin həyatına son qoyub. Qeyd edək ki, Hindistanda leysan yağışları 2 həftədən artıq müddətə davam edib və daşqınlara səbəb olub, o cümlədən Brahmaputra çayı öz məcrasından çıxıb, torpaq sürüşmələri qeydə alınıb. Assam ştatında azı 2,5 min kənd su altında qalıb. Həmçinin YUNESKO-nun Ümumdünya İrs obyektləri sıyahısına daxil edilmiş Milli Kaziranqa Parkı da su altındadır.

DİGƏR XƏBƏRLƏR

Top