"Azərbaycanın bu gözləməsinin adı Strateji səbrdir"

"Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan və başının dəstəsi, İcevan şəhərində yeni yaradılmış hərbi hissənin açılışında iştrak ediblər. Əslində, çox adi və sıradan bir məlumat təsiri bağışlaya bilər bu xəbər. Amma, düşmən çox narahatdır və onun narahatçılığı da başa düşüləndir". "Yeniavaz.com" xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiyanın təklifi və köməyi ilə təcili olaraq orada ortabab bir hərbi hissə yaradıblar ki, onlar yarana biləcək real təhlükəni aradan qaldıra bilsinlər: "Bu bədbəxtlər hələ də anlamırlar ki, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri ilə hələ ki heç bir fikri və düşüncəsi yoxdur. Bizim yeganə istəyimiz və məqsədimiz işğal altında olan Qarabağımız və ətraf rayonların tez bir zamanda Azərbaycanın nəzarətinə qayıtması və ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasıdır.

Bununla bağlı erməni saytlarında yayımlanan videoda Azərbaycan Müdafiə Nazirliyi üçün bir çox önəmli məqamlar verilib. Qoy bizim hörmətli xidmət rəislərimiz və əməkdaşları o məqamları özləri üçün təcili qeyd etsinlər və lazım olan tapşırığı, göstərişi versinlər. Biz dəfələrlə qeyd eləmişik ki, ən xırda, bəzən də adi görünən bir detal çox, bəlkə də həyatı əhəmiyyət kəsb edən rolu oynaya bilər və bacarıqlı komandir və ya rəis qarşı tərəfin bəzi addımlarından ustalıqla yararlanmalıdır.

Düşmən ordusunun öz Ali Baş Komandanı və Müdafiə Nazirliyinin rəhbərliyinin qarşısına çıxartdığı şəxsi heyətin geyiminə-keçiminə diqqət yetirin. Bunlar stasionar, yəni kazarma şəraitində yaşayan, bütün normal şəraiti olan, xidməti vəzifələri yerinə yetirməkdən tutmuş gündəlik yaşayış normalarına kimi hər bir şəraiti olan şəxsi heyətin hansı vəziyyətdə olması haqqında gözəl bir bilgi verən video görüntüdür. Mən onu da başa düşürəm ki, indi bizim düşmən ordusunun bu vəziyyəti ilə bağlı qeydlərimiz, bəzi dil pəhləvanları olan sosial şəbəkə istifadəçiləri tərərfindən az qala süngü ilə qarşılanacaq. Yəni, acınacaqlı durumda olan ordunun guya bizim torpaqlarımızı 20 ildən artıq müddətdə nəzarətində saxlaması, güc-filan amili və sairə. Halbuki özləri də gözəl bilirlər ki, erməni tərəfi özü qərar vermir və onların ipi rəsmi Moskvanın əlindədir. Ermənilər heç kimdirlər. Qeyd elədiyim kimi, İcevandakı bu hərbi hissəni də Rusiya tərəfi Azərbaycanın o istiqamətdə olan açıq-aydın üstünlüyünə qarşı tez bir zamanda tikib öz vassalarına hədiyyə edib. Silah-sursatına, bütün avadanlıqlarına kimi hər şey Rostovdakı Cənub Hərbi Dairəsinin bazalarından daşınıb gətirilib. Bir sözlə, Ermənistan Silahlı Qüvvələrinin gücünü və vəziyyətini görmək, bilmək üçün bu tip videolara baxmaq peşəkarlar üçün çox maraqlı və vacibdir. Mülki insanların bəlkə də görmədikləri və hiss etmədikləri çox mühüm hərbi detallar var".

"Dövlətimizin başçısı Nazirlər Kabinetinin toplantısında hərbi texnikanın alınmasından danışarkən onların ancaq bir ölkədən gətirilmədiyini və gətirilməyəcəyini elə-belə vurğulamırdı. Onun ismarıcının hədəfi ilk növbədə onu Azərbaycana pulla satıb ermənilərə pulsuz ötürərək vəziyyəti nəzarət altında saxladıqlarını, yəni oyun oynadıqlarını düşünənlərdir". Bu fikirləri isə millət vəkili Sahib Alıyev bildirib.

"Onlara göstərilir ki, kimsə bizimlə oyun oynaya bilməz, biz heç kimin yox, öz oynumuzu oynayırıq və oynayacağıq. Azərbaycan hansı yolla olursa-olsun öz torpaqlarını geri qaytaracaq. Düzdür, hələ gözləyirik. Amma ona görə gözləmirik ki, Ermənistandakı hərbi xuntanın ağıllanacağına və yaxud da erməni havadarlarının haçansa ədalətli davranacaqlarına ümid edirik. Xeyr. Biz həlleidici addımın atılacağı uyğun zamanı gözləyirik. Bu gözləmənin adı hərəkətsizlik deyil. Əksinə, dayanmadan hərkətədəyik (düşmənin demək olar ki, hər gün itkilərlə üzləşməsi, diplomatik səylər, aparılan informasiya savaşı, alınan texnika və silahlar, yarım ildə daha iki hərbi zavodun istifadəyə verilməsi və sair faktları nəzərdə tuturam) və bu hərkətlər də həmən o həlledici zamanın tezliklə yetişməsinə yönəlib. Bu gözləmənin adı nə kiməsə ümid etmək, nə də kimdənsə çəkinmək də deyil. Bu gözləmənin adı Strateji səbrdir".

DİGƏR XƏBƏRLƏR

Top