5-ci mərtəbədən yıxılan qadın sağ qalıb - Nişan mərasiminə hazırlaşırmış

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N.Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.apa

DİGƏR XƏBƏRLƏR

Top