
Türkiyə Silahlı Qüvvələri Kiprin qazma işlərini həyata keçirəcəyi planlaşdırılan “West Capella” gəmisinə nəzarət etmək üçün “TGC Gökçeada” freqatını Aralıq dənizinin şərq hissəsinə göndərib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kipr bölgədəki təbii qaz ehtiyatlarının özlərinə məxsus olduğunu iddi etdiyi halda, Türkiyə təbii resursların Kipr adasındakı bütün tərəflərə aid olduğu fikrindədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Kiprin bu təktərəfli addımlarına qarşı addımlar atacağını bildirib. Fransanın “Total” və İtaliyanın ENİ enerji şirkətlərinin icarəyə götürdüyü təbii qaz axtarış gəmisi ötən gün Kipr sahillərində başlayacağı qazma işləri üçün lazımi vəziyyətə gətirilib. Kipr adına həyata keçirilən kəşfiyyat işləri bu gün başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz