Rusiyada 3 mindən çox internet saytı bağlandı

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidməti (“Roskomnadzor”) ölkənin Baş Prokurorluğunun tələbə ilə 3 mindən çox ekstremist məzmunlu sayta girişi bağlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş prokurorunun müavini Viktor Qrin deyib. Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən “Roskomnadzor”a 500 tələb təqdm olunub: “Nəticədə ektremist fəaliyyətə və kütləvi iğtişaşlara çağırış məzmunlu 3 mindən çox resursa giriş bloka alınıb”. Bundan başqa, min saytdan informasiya silinib.

DİGƏR XƏBƏRLƏR

Top