Rus müxalif siyasətçini öldürən Zaur adlı killerə hökm oxundu

2015-ci ilin fevralın 27-də Rusiyanın paytaxtı Moskvada müxalif siyasətçi Boris Nemtsovu qətlə yetirdiyinə görə Zaur Dadayev 20 il müddətinə həbs edilərək ciddi rejimli cəzaçəkmə müəssisinə göndərilib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Moskva hərbi dairə məhkəməsi Daxili Qoşunların “Sever” çeçen batalyonunun keçmiş hərbçisi olan killeri İgidlik ordeni və leytenant rütbəsindən məhrum edib. O, B. Nemtsovu bilavasitə güllələyib, prokurorluq Z. Dadayev üçün ömürlük həbs cəzası istəyib. Qətlin digər fiqurantları Anzor və Şadid Qubaşevlər qardaşı isə müvafiq olaraq 19 və 16, Tamerlan Əsgərxanov 14, Həmzət Baxayev siə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı 100 min rubl məbləğində cərimə olunub və ciddi rejimli cəzaçəkmə müəssisəinə göndəriliblər.

DİGƏR XƏBƏRLƏR

Top