Ögey qızını döyərək öldürənin məhkəməsi olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını qulağından tutub divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə digər zərərçəkmiş Tural Hüseynli ifadə verib.

O deyib ki, E.Hacıyev ona kəllə ilə vuraraq burnunu sındırıb: “Eldarla qonşuyuq, hadisə günü içkili idi. Məndən uşaq üçün velosiped istədi, dedim pulunu verərsən, verərəm. Buna görə mübahisəmiz düşdü, Eldar məni vurmaq istəyəndə qaçdım. Sonra kəllə vurub burnumu sındırdı. İndi çətin nəfəs alıram. Amma şikayətim yoxdur”.

Məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Proses iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il iyulun 28-də baş verib.

E.Hacıyevin ikinci arvadı olan və ölən Ramilənin anası Samirə Yarıyeva isə polisə qızını kiminsə avtomobillə vurub qaçdığını deyib.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top