Ələt-Astara yolunda toqquşan avtomobillərdən birinin sürücüsü saxlanılıb

Ələt-Astara yolunda toqquşan iki avtomobildən birinin sürücüsü saxlanılıb. Baş dövlət Yol Polisi İdarəsindən bildirilib ki, “KamAZ” markalı yük avtomobili ilə toqquşan “Mercedes-Vita” markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top