Salyan rayonunda ağır yol qəzası baş verib

Salyan rayonunda ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləridir. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır. Qəzanın səbəbləri müəyyənləşdirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top