Türkiyə və İsrail Avropaya qaz kəmərinin çəkilməsi barədə razılığa gəlib

Türkiyə və İsrail qazın Aralıq dənizindəki yataqlardan Avropa İttifaqına (Aİ) tədarük edilməsi üçün ilin sonunadək boru kəmərinin tikintisi haqqında saziş imzalamağa hazırlaşırlar. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits deyib. Onun sözlərinə görə, Türkiyə və İsrail arasında qaz kəmərinin tikintisi üzrə ilkin hökumətlərarası sazişin bağlanması haqqında qərar dörd tur keçirilən danışıqların nəticələri əsasında qəbul edilib. Nazir qeyd edib ki, hazırda iki magistralın tikintisi üzrə intensiv danışıqlar gedir: “Onlardan birini Türkiyə və ardınca Avropa istiqaməti üzrə tikmək planlaşdırılır. Digər boru kəməri isə Kipr və Yunanıstan üzərindən İtaliya istiqamətində tikilə bilər”. Saziş Türkiyənin energetika naziri Berat Albayrakın bu il İsrailə səfərinin nəticələri üzrə yekun olaraq qəbul edilə bilər.

Avropaya qaz İsrailin Aralıq dənizi sahillərindəki Leviafan və Tamar yataqlarından nəql ediə bilər. Onlardan birincisinin ehtiyatları 620 milyard kubmetr həcmində qiymətləndirilir. Yataqlar kəşf edilməzdən öncə İsrail yalnız qaz idxalçısı idi.

DİGƏR XƏBƏRLƏR

Top