Antarktidadan kütləsi 1 trilyon ton olan aysberq qopub

Antarktidadan kütləsi 1 trilyon ton və sahəsi 6 min kvadratkilometr olan aysberq qopub. “Yeniavaz.com”un “Dojd” telekanalına istinadən verdiyi məlumata görə, bu, bütün müşahidə tarixi ərzində ən iri aysberqlərdən biridir. Ayrılan aysberqin sahəsi Uelsin dörd bir hissəsinə bərabərdir. Aysberq Larsen şelf buzlağından qopub. 1893-cü ildə kəşf edilən Larsen buzlağı ilkin olaraq üç hissədən ibarət olub. İlk iki hissə tam dağılıb, trilyon tonluq aysberq hissə isə yeganə qalan hissədən qopub. Bununla belə, alimlər qeyd edirlər ki, bunda qorxulu heç nə yoxdur. Vaxtaşırı Antarktidadan böyük aysberqlər ayrılır, onların yerinə buz yenidən çıxır.

DİGƏR XƏBƏRLƏR

Top