Rusiya Türkiyə və Yeni Zelandiyadan süd məhsullarının idxalını məhdudlaşdıra bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında deyilir. “Rosselxoznadzor”dan bildiriblər ki, bu, həmin ölkələrdən tədarük edilən süd məhsullarının tərkibində Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) normalarını pozan halların aşkarlanması davam etməsi ilə bağlıdır: “Təkcə son dövrdə Türkiyə müəssisələrində istehsal edilmiş süd məhsullarından (quru süd) beş dəfə götürülmüş numənələrdə mikrobioloji göstəricilərin artımı aşkarlanıb, Yeni Zelandiyanımn müəssisələrinin birində istehsal edilmiş kərə yağında isə tetratsiklin qalıqları tapılıb”. “Rosselxoznadzor”dan qeyd ediblər ki, belə halların aşkarlanması davam edərsə, həmin ölkələrin müəssisələrindən idxal olunan süd məhsullarının tədarükünə məcburi məhdudiyyət qoyulacaq.