Azərbaycan yolundakı xilası milyonlar izlədi VİDEO

"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!"

Bunu deyən kişi "Volqa"nın sürücü tərəfdə olan pəncərəsini açmağa çalışır. Lakin şüşə açılmır, çünki qəza nəticəsində mexanizm zədələnmişdi.

Belədə kişi avtomobildəki insanları xilas etmək üçün "Volqa"nın ön sağ şüşəsini təpiklə vurub sındırır və sürücünü dartıb çıxarır.

"Daily Mail" bildirir ki, olay Rostov-Bakı trasında yaşanıb.

"Lada" və "Volqa" avtomobillərinin toqquşması nəticəsində "Volqa" alışıb. "Volqa"dakı sürücü və sərnişinlər xilas ola bilməyiblər. Onlar diri-diri yana bilərdilər.

Yoldan ötən avtomobillərin sürücüləri özlərini çatdıraraq "Volqa"dakı adamları ölümdən qurtarıblar.

Olayın videosu YouTube-da yayılandan sonra həmin kadrları milyonlarla insan izləyib. Şərhlərin əksəriyyəti isə "O kişiyə halal olsun!" tiplidir.Enter.News

qeza

DİGƏR XƏBƏRLƏR

Top