Statistika Komitəsi varlı insanların sayını niyə gizlədir?

Azərbaycan əhalisinin 8,7%-nin gəliri yaşayış minimumundan az olub. "Yeniavaz.com" Dövlət Statistika Komitsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu təxminn 835 min nəfər edir. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycanda bu sayda insanı yoxsul hesab etmək mümkündür və dövlət də bu insanları yoxsul kimi qəbul edərək onların müəyyən bir qrupuna sosial yardım da ayırır. Yoxsullardan fərqli olaraq Azərbaycanda nə qədər varlı insanın yaşadığını isə müəyyən etmək mümkün olmur. Statistika Komitəsinin adambaşına düşən gəlirlərlə bağlı məlumatlarında qeyd edilir ki, əhalinin 6,3%-nin adambaşına düşən gəliri 300 manatdan yüksəkdir. Buraya ayda 300 manat gəliri olan da, 300 000 manat gəliri olan da daxil edilir. Bu səbəbdən də əhalinin neçə faizinin varlı olduğunu müəyyən etmək mümkün olmur. Çünki ayda 300-350 manat gəliri olan şəxsi varlı adlandırmaq məntiqli deyil. Maraqlıdır ki, Komitə gəlirləri 95-100 manat arasında olanlarla 100-105 manat arasında olanların sayını ayrı-ayrı göstərir. Göründüyü kimi gəlirləri arasında cəmi 5 manat fərq olanların sayı dəqiq şəkildə açıqlandığı halda, gəlirləri 300 manatdan çox olanların sayını bir yerdə göstərir. Bu da ölkədə nə qədər varlı insanın olduğunu müəyyən etməyə imkan vermir.

DİGƏR XƏBƏRLƏR

Top