Bağlanmış bankın əmlakına heç kim "yaxın durmadı"

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atrabank” ASC-nin balansında olan, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti. 48E ünvanında yerləşən fərdi yaşayış evini 10 iyul 2017-ci il tarixində ilkin satış qiyməti 2 363 250 (iki milyon üç yüz altmış üç min iki yüz əlli) manat olmaqla açıq hərraca çıxarıb."Yeniavaz.com" xəbər verir ki, bu barədə ADIF-in açıqlamasında bildirilir.Məlumatda deyilir ki, əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış hesab edilib.

Bundan başqa, Fond ləğvedicisi olduğu “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqlarını da açıq hərraca çıxarıb. Bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlığının ilkin satış qiyməti 17 421 manat müəyyən edilib. Lakin bu əmlaklara da alıcı müraciəti olmadığından hərrac baş tutmamış hesab olunub.

Bununla belə, ADIF Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna, “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracların keçirilməsini davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top