Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 11 terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələrinin Mardin və Hakkari vilayətlərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 11 terrorçusunu məhv edilib. "Anadolu" agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, Mardin vilayətinin Darkeçit rayonunda 8 terrorçu zərərsizləşdirilib. Eyni zamanda iki atəş nöqtəsi məhv edilib. Bununla yanaşı, Hakkari vilayətində 3 PKK terrorçusu və sığınacaq məhv edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top