Türkiyə Superliqasının püşkü atıldı - İlk derbi nə vaxt olacaq?

Türkiyə Superliqasında 2017-18 mövsümünün püşkü atılıb. Türkiyə mətbuatı xəbər verir ki, bu ilin 22 yanvarında vəfat edən, “Gənclərbirliyi” klubunun eks-prezidenti İlhan Cavcavın adı verilən yeni mövsüm 11 avqustda start götürəcək. 1-ci turun oyunları 11-14 avqust aralığında baş tutacaq. Mövsümün ilk derbisi 6-cı həftədə “Fənərbağça” və “Beşiktaş” arasında keçiriləcək. 9-cu həftədə “Qalatasaray” - “Fənərbağça”, 14-cü həftədə isə “Beşiktaş” – “Qalatasaray” derbiləri də keçiriləcək.

Qeyd edək ki, İlhan Cavcav mövsümü ilk dövrə 24 dekabrda bitəcək və gələn ilin 19 yanvarında ikinci dövrə başalayacaq. Mövsüm isə mayın 20-də başa çatacaq.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top