“WhatsApp” istifadəçilərinin məlumatlarının gizliliyini qoruya bilmir

“Uber” və “Adobe” öz istifadəçilərinin rəqəmsal məlumatlarını hakimiyyət qarşısında daha yaxşı qoruyur. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın “Electronic Frontier Foundation” hüquq müdafiəsi təşkilatının illik hesabatında deyilir. 2016-cı ilin hesabatına əsasən, “WhatsApp” messenceri, “Airbnb” onlayn mənzil icarəsi saytı və “Twitter” sosial şəbəkəsi isə bunun öhdəsindən hamıdan pis gəlir. Belə ki, hakimiyyətin “WhatsApp”, “Airbnb”,“Twitter” istifadəçilərinin məlumatlarını əldə etməsi digərlərinə nisbətən daha asandır. Təşkilatın ekspertləri hesabatı hazırlayarkən 26 iri internet-şirkətinin təqdim etdiyi açıq məlumatları təhlil ediblər.

DİGƏR XƏBƏRLƏR

Top