Son bir ildə 5 minə yaxın məmur işini itirib RƏSMİ MƏLUMAT

Bu ilin iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 525,2 min nəfər olub, onlardan 886,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 638,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə muzdla çalışan işçilərin sayı 1,5% və ya 23,5 min nəfər artıb. Bu dövrdə dövlət sektorunda işləyənlərin sayı 0,5% və ya 4,9 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 4,6% və 28,4 min nəfər artıb.

Muzdla işləyənlərin 21,9 faizi təhsil ahəsində fəaliyyət göstəriblər ki, bu da 334,1 min nəfərə bərabərdir. Ötən illə müqayisədə təhsil sahəsində çalışanların sayı 5,3 min nəfər azalıb. Bundan başqa muzdla işləyənlərin 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,1 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

DİGƏR XƏBƏRLƏR

Top