Aİ-Ukrayna assosiasiyası haqqında saziş tam yekunlaşdı

Avropa İttifaqının (Aİ) bütün 28 üzv ölkəsi Aİ-Ukrayna assosiasiyası haqqında sazişi təqdir edib. Yeniavaz.comun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir. Sənəddə qeyd edilir ki, Şura iyulun 11-də Aİ adından Ukrayna ilə assosiasiya haqqında sazişi yekunlaşdırmaq qərarına gəlib. Bildirilir ki, bu, prosesin ratifikasiyasının son addımıdır. O, sazişə 1 sentyabr 2017-ci il tarixində tam qüvvəyə minməsinə kömək edəcək.

Xatırladaq ki, Aİ-Ukrayna assosiasiyası haqqında saziş 2014-cü ilin iyununda imzalanıb. Sənədi Aİ-nin bütün üzv ölkələri ratifikasiya etməlidir. Hər hansı ölkə imzasını geri götürərsə, o, həqiqi sayılmayacaq. Sənədi sonuncu imzalayan ölkə Niderland (bu il iyunun 14-də) olub.

DİGƏR XƏBƏRLƏR

Top