Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər. “armenpress”-in xəbərinə görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib. Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı. Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub. Lakin Rusiya mətbuatı nədənsə görüşün Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçirilə biləcəyi barədə məlumat yayıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top