Ağdaşda yol kənarı ilə hərəkət edən piyadanın başına iş gəldi

Ağdaş-Pirkəkə-Ərəbocağı avtomobil yolunun Qolqəti kəndinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, 1992-ci il təvəllüdlü Tağıyev Elşad Bahaləddin oğlu idarə etdiyi VAZ-2101 markalı 03-BE-231 dövlət nömrə nişanlı avtomobillə yol kənarı ilə hərəkət edən 2001-ci il təvəllüdlü Qasımov İzzət Maqsud oğlunu vurub. Yaralı Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top