Aİ-də əhalisi artan və azalan ölkələr müəyyənləşdi

2016-cı il ərzində Avropa İttifaqı (Aİ) əhalisinin sayı 1,5milyon nəfər artaraq 511,8 milyon nəfərə çatıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Statistik İdarəsinin (Eurostat) hesabatında deyilir. Aİ-nin 18 ölkəsində əhalinin sayı artsa da, 10 ölkəsində isə azalıb. Faizlə ifadədə əhalinin ən böyük artımı Lüksemburqda (hər 1000 sakinə 19,8 nəfər), İsveçdə (14,5 faiz), Maltada (13,8 faiz), İrlandiyada (10,6 faiz), Avstriyada (9,5 faiz), Almaniya və Kiprdə (hər biri 7,6 faiz) qeydə alınıb. Bununla belə Litvanın əhalisi 1,42 faiz, Latviyanın 0,96 faiz, Xorvatiyanın 0,87 faiz, Bolqarıstanın isə 0,73 faiz azalıb. Aİ-nin ən çox əhalisi olan ölkə yenə də Almaniyadır. Burada 82,8 milyon insan və ya Aİ əhalisinin 16,2 faizi yaşayır. Sonrakı yerləri müvafiq olaraq Fransa (67 milyon), Böyük Britaniya (65,8 milyon), İtaliya (60,6 milyon) və İspaniya (46,5milyon) tututlar.

DİGƏR XƏBƏRLƏR

Top