Hərbi robotlar qadağan edilə bilər

BMT pilotsuz uçuş aparatları kimi özbaşına hərəkət edən hərbi robotların statusunu müəyyənləşdirmək üçün 2017-ci ildə mütəxəssislərdən ibarət heyət formalaşdırmaq barədə qərara gəlib. “Yeniavaz.com” Türkiyə mətbuatuna istinadən xəbər verir ki, İnsan Haqları Müşahidəsi Təşkilatına görə hərbi robotlardan istifadə qadağan edilə bilər. Cenevrədə keçirilən Beynəlxalq Adi Silahlar Konqresinə qatılan 123 ölkə gələn il insan nəzarəti olmadan hədəf seçə bilən hərbi robotlar haqqında hökumət mütəxəssislərindən ibarət tədqiqat qrupu yaratmağa razı olub. Argentina, Peru, Pakistan, Kuba və Misirin də daxil olduğu 19 ölkə ölümcül robotlara qarşı qlobal qadağanın qoyulmasını tələb edir. Mütəxəssislər hesab edirlər ki, bu cür silahlar gələcəkdə nüvə silahlarından daha təhlükəli ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top