NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə alyansın Ukraynadakı yeni ofisini açıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq vəd edib ki, bundan sonra da Ukraynaya siyasi və praktiki kömək göstərəcək. O bildirib: “Bu gün Ukrayna və NATO arasında tərəfdaşlıq üçün çox vacib gündür. Təkcə ona görə yox ki, NATO nümayəndəliyu yeni evinə köçür, həm də ona görə ki, bu gün xüsusi tərəfdaşlığımızın 20-ci ildönümünü qeyd edirik. Biz öz suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizədə Ukrayna ilə çiyin-çiyinə dayanmışıq. Bir çox sahədə Ukraynaya köməyimizi möhkəmləndirəcəyik”. Qeyd edək ki, bu gün Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko və Y. Stoltenberqin sədrliyi ilə Ukrayna-NATO komissiyasının iclası keçirilib.