Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi olub FOTO

Bu gün günorta saatlarında Gəncədə zəncirvari qəza yol qəza hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ələkbər Bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, proskeptlə hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Jeep" maraklı avtomobil toqquşub. Qəza zamanı "Jeep" markalı avtomobil işıqforda hərəkətsiz dayanmış "Mercedes GL" markalı avtomobilə çırpılıb. Nəticədə hər avtomobilə ciddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top