Xaricə kim daha çox məhsul satır: Gürcüstan, Ermənistan yoxsa Azərbaycan?

Bu ilin ilk 5 ayı ərzində xam neft, neft məhsulları və təbii qazı nəzərə almadan Azərbaycandan xarici ölkələrə 572 milyon dollar dəyərindən məhsul ixrac olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artsa da, qonşu ölkələrdəki analoji göstəricilərə nisbətdə aşağıdır. Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 3,7 milyon nəfər əhalisi olan Gürcüstanın ixracı (xam neft, neft məhsulları və təbii qaz ixracı yoxdur) 1 milyard dollardan çox olub. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə isə əhalisi 3 milyon nəfərdən az olan bədnam qonşumuzda bu göstərici 804 milyon dollar olub. Rəqəmlərdən də göründüyü kimi qeyri-neft məhsullarının ixracı əhalisinin sayı 9,8 milyon nəfər olan Azərbaycanda Gürcüstanla müqayisədə 42,8% və ya 428 milyon dollar, Ermənistanla müqayisədə isə 28,8% və 232 milyon dollar az olub.

DİGƏR XƏBƏRLƏR

Top