Əsas ticarət tərəfdaşlarımız hansı ölkələrdir?

2017-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 661,5 milyon dollar (ümumi idxalın 19,4%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 6 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 574,2 milyon (ümumi idxalın 16,8%-i) və 335,4 milyon dollarlıq (9,8%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (170,6 milyon dollar), Ukrayna (161,8 milyon dollar), ABŞ (149,2 milyon dollar), İtaliya (137,7 milyon dollar), İran (125,1 milyon dollar), Böyük Britaniya (110,8 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 6 ay ərzində bu ölkəyə 1 milyard 217 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 23,1%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 615,5 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 11,7%-i). Həmçinin 340,5 milyon dollar dəyərində məhsul Çinə satılıb. Rusiyaya 289,8 milyon dollar, Portuqaliyaya 264,9 milyon dollar, Gürcüstana 237,5 milyon dollar, İsrailə isə 212,3 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Kanada (202,8 milyon dollar), Almaniya (197,1 milyon dollar), Hindistan (173,8 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top