Xaricdən gətirilən buğda 35% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 624,2 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 83,1 milyon dolları buğdanın, 75,3 milyonu meyvə-tərəvəzin, 70,7 milyon dolları şəkərin, 50,9 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə buğda idxalı 35,3% azalıb, şəkər idxalı 28,1% artıb, meyvə-tərəvəzin idxalı isə 0,1% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 6 ayı ərzində müvafiq olaraq 72,4 və 86,8 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 1,6% artıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 6,5% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top