İxrac 36% artıb, idxal 15% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 8 milyard 678 milyon 422,8 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-iyun aylarına nisbətən 9,7% artıb. İdxal əməliyyatları üzrə 3 milyard 409 milyon 673,6 min dollar (2016-cı ilin yanvar-iyun aylarına nisbətən 15,7% azalıb), ixrac əməliyyatları üzrə 5 milyard 268 milyon 749,1 min dollar (2016-cı ilin yanvar-iyun aylarına nisbətən 36,4% artıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsində 1 milyard 859,7 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top