FIFA Şimali İrlandiya-Azərbaycan matçı ilə bağlı cəza verdi

FIFA futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunlarına lalə çiçəyi simvolu ilə çıxan İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels yığmalarını cəzalandırıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, FIFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də oynanılan İngiltərə-Şotlandiya matçına lalə simvolu ilə çıxan hər iki komandaya cəza verib. I Dünya müharibəsinin başa çatdığı 11 noyabr tarixində müharibədə həlak olan əsgərlərin xatirəsini bu yolla yad edən İngiltərə 45 min, Şotlandiya isə 20 min İsveçrə frankı həcmində cəzalandırıılıb. Serbiya ilə oyuna eyni simvollarla çıxan Uelsə 20 min, Azərbaycanla matça lalə simvollu qolçaqlarla çıxan Şimali İralndiyaya isə 15 min İsveçrə frankı cəza verilib. Qeyd edək ki, FİFA qırmızı lalə şəklini siyasi simvol hesab etdiyi üçün futbolçuların bu qolçaqlardan istifadə etməsini qadağan edir.

DİGƏR XƏBƏRLƏR

Top