Analar göz yaşlarını saxlaya bilmədilər - QÜRURLU GÜN FOTOLAR

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Mingəçevir Heydər Əliyev mərkəzində həqiqi hərbi xidmətə gedən gənclərin yola salma mərasimi təşkil olunub. "Yeniavaz.com" xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısnın birinci müavini İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşklatının sədri Cavanşir Yusubov, Qarabağ müharibəsi əlilləri, Veteranları və şəhid ailələri, əsgər valideynləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov mərasimdə iştirak ediblər. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb. Bilidirblər ki, Ali baş komandanın səyi nəticəsində Azərbaycan ordusu güclənib və hər an düşməni darmadağın etməyə hazırdır. Ermənistanın törətdiyi təxribatlar yerdə qalmayacaq, qüdrətli ordumuz bu qisası alacaq. Çıxışçılar gənclərə qətiyyətlə və vicdanla vətənə xidmət etməyi diləyiblər.

Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyə ediblər. Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top