Bakı-Sumqayıt yolunda VACİB YENİLİK

Bakı-Sumqayıt yolunun Masazırdan keçən hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb. Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün sürücülər üçün xüsusi zolaq təşkil edilib. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər.

Yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib.

"Yeniavaz.com" xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov dəyişikliyi belə şərh edib: "Fəal sürücülərin təşəbbüsü ilə qaldırdığımız məsələlərdən biri də həll edildi. Masazır ərazisində Abşeron Gənclər şəhərciyinə keçmək üçün Bakı-Sumqayıt yolunda Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün ayırıcı zolaqda kəsik yaradılıb. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər. Bu həm də Masazır dairəsindəki xaosu xeyli sadələşdirəcək. Buna görə həmin işi icra edənlərə, xüsusən "Azəravtoyol" ASC-dəki dostlara təşəkkür edirəm. Növbəti mərhələ Xırdalan şəhəri tərəfdə Mehdi Hüseyn küçəsinin Bakı-Sumqayıt yoluna çıxdığı yerdən azca qabaqda ayırıcı zolaqda kəsik yaratmaqdır. Bunu da etsəniz, Masazır dirəsinin yükü əməlli başlı azalacaq, hətta oradakı svetofor da işə yarayacaq".

Ekspert qeyd edib ki, bunların hamısı yolların tikintisi zamanı zəruri hesablamaların aparılmamasının, perspektivin nəzərə alınmamasının nəticələridir: "Belə aradan qaldıranda da yamaq alınır. Amma aradan qaldırmaq mümkündür".

DİGƏR XƏBƏRLƏR

Top