Bakıda kafe yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli tikilinin zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan "STARS CLUB" kafesinin mətbəxində məişət əşyası yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top