Qaraciyərdə problemin olduğunu göstərən əlamətlər

Alın bölgəsindəki qırışlar

Alın bölgəsində gənc yaşda meydana gələn qırışlar qaraciyərin anormal şəkildə işlədiyini göstərə bilər. Alında qırışlar nə qədər dərindirsə, qaraciyərdəki problem də o qədər ciddi ola bilər.

Tünd qəhvəyi ləkələr

Deyerler.org bildirir ki, üzdə peyda olan tünd qəhvəyi ləkələr yalnız günəş yanığı təsirilə əmələ gəlmir. Qaraciyər problemləri tünd qəhvəyi ləkələrə səbəb ola bilər. Bu ləkələr xüsusilə yanaq və əl hissələrindədirsə, öd kisəsi və mədəaltı vəzidə bir problem olduğunu da işarə edə bilər.

Ağaran saçlar

Başınızın orta bölgəsi ağarmağa başlayıbsa, qaraciyər daxil olmaqla bəzi orqanlarınız düzgün işləməməsi ola bilər. Eyni zamanda saçın erkən yaşda ağarması öd kisəsi ilə bağlı problemlərə də işarə edə bilər.

Diş ətlərinin şişməsi

Dişlərinizi fırçalamağınızda qanaxma və dişlərinizdə şişmə olursa, bu vəziyyət qaraciyərdə və boğazınızda iltihablanmağa işarə edir.

musavat.com

DİGƏR XƏBƏRLƏR

Top