Putin: ABŞ kürdləri silahlandırmaqda bizi xeyli qabaqlayır

Rusiya bir çox kürd birləşmələri ilə təmas saxlayır.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin G20 sammitinin yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

O bilidirib ki, kürd birləşmələrini silahla təmin etmək baxımından isə ABŞ xeyli qabaqdadır:

“Kürd probleminə gəlincə, bu, ümumilikdə çox böyük və çoxtərəfli problemdir. Biz bir çox kürd birləşmələri ilə təmasdayıq və bunu sirr kimi saxlamırıq. Lakin onların fəaliyyətini hərbi baxımdan təmin edilməsində amerikalı həmkarlarımız bizdən xeyli qabaqdadır. Onlar bu baxımdan böyük həcmdə iş görüblər”.

DİGƏR XƏBƏRLƏR

Top