“Tramp yarım milyon uşağı ölümdən qurtaracaq”

ABŞ Prezidenti Donald Tramp G20 sammitində humanitar məqsədlər üçün 639 milyon dollar ayırmaq vədi verib.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 331 milyon dolları hazırda kütləvi aclığın müşahidə edildiyi ölkələrin sakinləri üçün ərzaq məhsullarının alınmasına xərclənəcək.

Belə ölkələr sırasında Somali, Cənubi Sudan, Nigeriya və Yəmən var. BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli ABŞ Prezidentinin vədini “Tanrının hədiyyəsi” adlandırıb:

“Biz II Dünya müharibəsindən bəri ən pis humanitar böhranla üzləşmişik. Hesablamalarımıza görə əgər yaxın günlərdə maliyyə yardımı almasaydıq, növbəti aylar ərzində 400-600 min uşaq ölə bilərdi”.

DİGƏR XƏBƏRLƏR

Top