İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Hamburqda keçirilən G20 sammiti zamanı görüşlərin birində atasını əvəz edib. Bu barədə xarici KİV xəbər verir. Ağ Evdən məsələyə aydınlıq gətirərkən bildiriblər ki, İ.Tramp arxa planda olub, sadəcə, dövlət başçısı iclası tərk etməli olduğu məqamda əsas masada prezidentin yerini qısa müddətə tutub. "Digər dövlət və hökumət başçıları da iclas zalını tərk edərkən onların yerini kimsə tutub", - Ağ Evdən vurğulayıblar.Report

DİGƏR XƏBƏRLƏR

Top