Körfəzin 2 ölkəsi arasında yeni böhran: xəbərsiz hərbi baza qurdular

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Babül-Məndəb boğazındakı Mayun adasını Yəmən hökumətinin məlumatı olmadan hərbi bazaya çevirib. “Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, ABŞ BƏƏ-nin Mayun adasında inşa etdiyi hərbi bazanın fotoşəkillərini Yəmən Prezidenti Əbdürrabbu Mənsur Hadiyə göndərib. Rəsmi qaynaqlar peykdən çəkilmiş fotoşəkillərdə BƏƏ-nin Babül-Məndəbdəki Mayun adasında inşa etdiyi hərbi bazanın görüntülərinin olduğunu bildiriblər. Yəmən qaynaqları BƏƏ-nin, həmçinin Qırmızı dənizdə Sokotra, Ədən limanları, Mukalla və Mohada da hərbi baza inşa etdiyini açıqlayıb. BƏƏ-nin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın husilər və keçmiş dövlət başçısı Əli Salihin qüvvələrinə qarşı apardığı müharibədən istifadə edərək Yəmən sahili və adalarını işğal etdiyi bildirilir. Yəmən xalqının buna qarşı şiddətlə qarşı çıxdığı deyilir. Mayun adası Babül-Məndəb boğazının dünya dəniz ticarəti üçün həyati önəm kəsb edir.

DİGƏR XƏBƏRLƏR

Top