Polşa Ukrayna və Belarus ilə sərhəddə hasar çəkəcək

Polşa Ukrayna və Belarus ilə sərhəddə hasar çəkməyi planlaşdırır.

“Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Polşanın kənd təsərrüfatı naziri Eva Lex deyib.

Onun sözlərinə görə, hasar donuzlar arasında “Afrika taunu” xəstəliyi ilə mübarizə aparmaq çərçivəsində tikiləcək: “Hasarın ümumi uzunluğu 729 kilometr təşkil edəcək. İlkin hesablamalara görə, bu, 27 milyon dollara başa gələcək”.

Nazir qeyd edib ki, “Afrika taunu”na yoluxmuş vəhşi qabanda xəstəlik o qədər tez inkişaf edir ki, o böyük məsafələrə sürətlə hərəkət etmək və hasarın üzərindən tullanmaq iqtidarındadır.

Xatırladaq ki, Polşada donuzlar arasında “Afrika taunu” epidemiyası ilk dəfə 2014-cü ildə qeydə alınıb. Ən çox epidemiya halı Belarus sərhəddəki təsərrüfatlarda təsbit edilib.

DİGƏR XƏBƏRLƏR

Top