2019 və 2020-ci illərdə G20-yə ev sahibliyi edəcək ölkələr müəyyənləşdi

“Böyük iyirmilik” ölkələrinin sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Hamburqda G20 ölkələrinin liderləri qərara gəliblər.

Qərara əsasən, 2020-ci ildə isə G20 sammitinə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

Müvafiq bənd G20 liderlərinin qəbul etdiyi yekun bəyannaməyə daxil edilib.

Qeyd edək ki, G20-nin tərkibinə Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Avropa İttifaqı, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya və Yaponiya daxildir.

Dünya üzrə ümumi daxili məhsulun 85 faizindən çoxu və dünya ticarətinin 80 faizi G20 iştirakçı ölkələrinin payına düşür.

Liderlərin növbəti görüşü Buenos-Ayresdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top