Monqollar prezidentlərini seçdilər

Parlamentdə azlıqda olan Demokrat Partiyasının namizədi Xaltmaaqiyn Battulqa Monqolustanda prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ilkin hesablamalara görə, o, səslərin 50,6 faizini toplayıb, seçici fəallığı 60,9 faiz təşkil edib. Prezident seçkilərinin birinci turunda 3 namizəddən heç biri qələbə üçün lazım olan səslərin 50 faizinindən çoxunu qazana bilməyib. X. Battulqa səslərin 38 faizini toplayaraq parlamentin indiki spkeri və ölkə parlamentinə nəzarət edən Monqolustan Xalq Partiyasının lideri Mieqombın Enxboldu qabaqlayıb. Qeyd edək ki, Monqolustanda prezident seçkiləri yeddinci dəfədir keçirilir. Demokratik Partiyanı təmsil edən indiki Prezident Tsaxiaqiyn Elbeqdorj vəzifədə iki müddətə qaldığına görə üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top