Turistlər zinət əşyalarına daha çox maraq göstərirlər

Qolbağı, üzüklər, yaxalıq, müxtəlif bəzək əşyaları və tikiş işləri görmək üçün alətlər… Sadalananlar hər hansı bir zərgər dükanında deyil. “Yeniavaz.com”un xəbər verir ki, bunlar qədim əşyaların toplandığı Mingəçevir Tarix Müzeyindədir. Eramızdan əvvəl III-I minilikləri əhatə edən əşyalar, şəhər ərazisində aparılan qazıntılar zamanı kurqan və qəbirlərdən tapılıb. Şüşə, gil və digər materiallardan olan qadın bəzək əşyaları bu gün də aktuallığını itirmir. Antik dövrə aid olan boyunbağı, sinəbənd, heyvan fiqurları və digər zinət əşyaları müzeyə gələn qadınların daha çox marağına səbəb olur. Hətta qədim əl işlərini müasir dövrdə tətbiq etmək istəyənlər də az deyil.

Bizimlə söhbət zamanı muzeyin bələdçisi Mehmanə Səlimova bildirdi ki, Mingəçevir Tarix Müzeyində yaradılan xüsusi güşədə 46 adda qadın bəzək əşyaları toplanıb: “Şəhər ərazisində 1946-53-cü illrdən başlayan arxeloji qazıntılar zamanı qədim sənət nümünələri əsasən qadın qəbirlərindən aşkarlanaraq götürülüb. Tapılan əşyalar arasında ən qiymətlisi sadə əl işləməsi olan gildən hazırlanan boyunbağlar hesab edilir. Şəhərə gələn turistlərin ən çox marağına səbəb olan bu qədim əşyalara ən çox maraq göstərən xarici turistlərdir. Onlar bu qədim əşyaların hər biri haqqda geniş məlumat alır, hətta şəkilərini də çəkirlər”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top