Ərdoğan: Rusiya ilə əməkdaşlıqdan gözləntilərimiz çox yüksəkdir

Türkiyə-Rusiya əlaqələri regionda müsbət nəticələrə gətirib çıxarıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən öncə açıqlamasında deyib. O inandığını bildirib ki, Türkiyə-Rusiya əlaqələri region xalqları arasında və dünyada örnək təşkil edəcək formadadır: “Gözləntilər yüksəkdir. Xüsusilə aramızdakı bu əlaqələrin ikitərəfli əlaqələrlə gücləndirilməsi həqiqətən də hər iki ölkə xalqı üçün örnək olaraq fayda verir”. R. T. Ərdoğanın sözlərinə görə, iqtisadiyyat, turizm, müdafiə sənayesi sahələrində ikitərəfli əməkdaşlıq Türkiyə-Rusiya əlaqələrini daha güclü vəziyyətə gətirəcək. Türkiyə Prezidenti əlavə edib ki, daha çox Suriya və İraqla bağlı regiondakı gözləntilər çox yüksəkdir: “Mən görüşümüzə bu baxımdan böyük önəm verirəm. İndiyədək göstərdiyiniz iradəyə görə şəxsən və millətim adından təşəkkür edirəm”.

V. Putin isə, öz növbəsində bildirib ki, Suriyada vəziyyətin müsbətə doğru irəliləməsində Türkiyə Prezidentinin şəxsi mövqeyinin böyük payı var: “Bu müddət ərzində terror qruplaşmalarına böyük zərbələr endirildi və nizamlama prosesi xeyli irəlilədi”. Onun sözlərinə görə, ikitərəfli əlaqərin kompleks inkişafı və maraq doğuran bəzi məsələlərin həlli üçün son vaxtlar xeyli səy göstərilib: “Sizin və bütün həmkarlarımızın mövqeyini, müzakirə prosesində iştirak edən bütün tərəfdaşlarımızın mövqeyini təqdir edirik”.

Sonra iki lider görüşü qapalı qapılar arxasında davam etdirib. Görüş 1 saat davam edib.

DİGƏR XƏBƏRLƏR

Top